“Sabah” tarixinin ən çox meydana çıxmış futbolçusu Amin Seydiyevin klubdan ayrıldığını açıqladı.

Offsideplus.az xəbər verir ki, 27 yaşlı sağ cinah müdafiəçisi özünü “Neftçi” və “Zirə”yə təklif edib. 

Həmin mövqeyə legioner axtarışında olan “ağ-qaralar” hazırki durumda bu transferə isti yanaşmır. “Zirə”də isə durumlar fərqlidir. Çünki komandanın əsas kapitanı, Rəşad Sadıqovun əvəzedilməz futbolçusu Qismət Alıyev sağ cinah müdafiəçisidir. Amin Seydiyev isə rotasiya oyunçusu olmaq niyyətində deyil. 

Bu səbəbdən Seydiyevin “Şəfa”ya da keçidi real görünür.