Şotlandiyanın "Livinqston" klubu qapıçısı Qeri Meyli daha bir il komandada çıxış edəcək.

Offsideplus.az xəbər verir ki, 38 yaşlı qolkiperin teleyinə azarkeşlər qərar verib. "Livinqston" "Twitter" səhifəsində bununla bağlı sorğu keçirib. 200 minə yaxın şəxs səsverməyə qatılıb, onlardan 70 faizindən çoxu Meylinin klubda qalmasının tərəfdarı olub.

Qeyd edək ki, Şotlandiya çempionatında cari mövsüm koronavirus pandemiyası səbəbindən ləğv olunub, "Seltik" çempion elan edilib.