Yeniyetmə oğlan və qızlar arasında şahmat üzrə dünya çempionatı COVİD-19 epidemiyası səbəbindən təxirə salınıb.

Offsideplus.az xəbər verir ki, sentyabrın ayının 7-20-də Rumıniyanın Mamay şəhərində keçirilməli olan yarışı qeyri-müəyyən müddətə təxirə salınıb. Bu, yarışın startına ən azı 4 ay qalmış reallaşmalıdır.

Qeyd edək ki, yeniyetmələrin dünya çempionatı 8, 10, 12, 14, 16 və 18 yaşadək şahmatçılar arasında keçirilir. Yarış indiki adını 1997-ci ildə alıb. Azərbaycan idmançıları da daim qatıldıqları mötəbər yarışda dəfələrlə mükafatçılar sırasına düşüb.