"Yuventus"un hücumçu Kriştiano Ronaldo Turinə qayıtmaqda çətinliklə üzləşib.

Offsideplus.az xəbər verir ki, Madeyrada ailəsi ilə birlikdə təcrid olunan portuqaliyalı superulduzun şəxsi təyyarəsi Madriddədir. İspaniya hökuməti uçuşlara qoyduğu qadağaya görə təyyarənin Portuqaliyaya gedişinə icazə vermir. Ronaldonun bununla bağlı 3 müraciəti də rədd edilib.

Turin təmsilçisi oyunçularının hamısının təyin olunacaq vaxtda bazada olmasını istəyir. Tezliklə məşqləri bərpa etməyi planlaşdıran "Yuventus" ölkə xaricində olan əcnəbi futbolçularının hamısını geri çağırıb. İtaliyaya gələcək futbolçular əvvəlcə 2 həftə karantində qalacaq, ondan sonra kollektivə qoşulacaqlar. Lakin bununla bağlı problem yaranıb. Çünki  

Qeyd edək ki, koronavirus pandemiyasına görə XXVI turdan sonra dayandırılan A seriyasına "Yuventus" liderlik edir.