Almaniyanın "Bayer" klubu futbolçusu Çarles Aranqislə yeni müqavilə imzalayıb.

Offsideplus.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2023-cü ilin iyununa qədər uzadılıb.

Qeyd edək ki, çilili futbolçu bu mövsüm Bundesliqada 18 matçda 1 qol vurub, 3 qolun ötürməsini verib. Onunla "Bavariya"nın maraqlandığı iddia olunurdu.