UEFA ona üzv olan 55 milli assosiasiyaya koronavirusla mübarizə çərçivəsində maliyyə yardımı ayırıb.

Offsideplus.az xəbər verir ki, yardımın ümumi məbləği 236,5 milyon avro təşkil edir. Bu barədə məlumatı UEFA-nın rəsmi saytı yayıb.

Xəbərdə bildirilir ki, hər federasiyanın hesabına isə 4,3 milyon avro köçürüləcək.

Qeyd edək ki, vəsaitlərin mövcud xərcləri ödəmək və yerli futbolu inkişaf etdirmək üçün ayrıldığı qeyd olunub.