Fransa polisi Yay Olimpiya Oyunlarında media nümayəndələrinin olduğu bölgəni partlama riski ilə bağlayıb.

Offsideplus.az xəbər verir ki, Paris Konqres Mərkəzində qurulan media mərkəzində polis binaya giriş və çıxışı qadağan edib. 

Jurnalistlər və vətəndaşlara bomba riski olduğu bildirilib və ərazidən təxliyə edilib. Bu iddiaya səbəbin nə olduğu bildirilməyib, bir müddət sonra isə polis ərazini yenidən istifadəyə qaytarıb.