PSJ-nin uruqvaylı ulduzu Edinson Kavaninin "Qalatasaray"a keçəcəyi ilə bağlı xəbərlər yayılıb.
Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi 33 yaşlı forvardı heyətinə qatmaq niyyətindədir. Radamel Falkaonun komandadan ayrılacağı təqdirdə onun əvəzinə əsas hədəf məhz təcrübəli hücumçudur.
Bu gün isə məşhur fransalı jurnalist İqnazio Qanuardi məsələ ilə bağlı açıqlama verib. Qanuardİ Kavaninin "Qalatasaray"a keçmək istəmədiyini bildirib:
"Kavani PSJ ilə müqaviləsi bitdikdən sonra Avropanın güclü klublarından birinə getmək istəyir. Ona "İnter"(İtaliya) və "Atletiko"(Madrid) kimi klublardan da təklif var. Futbolçu özü isə "Qalatasaray" və "Nyukasl"a getmək barədə düşünmür".
Qeyd edək ki, Türkiyə mediasında "Qalatasaray"ın uruqvaylı qapıçısı Fernando Musleranın həmyerlisini "Cimbom"a gətirmək üçün onunla bu barədə danışıqlarının olduğunu yazmışdı.