“Barselona” Lautaro Martinesin ardından daha bir argentinalı futbolçunu heyətinə qatmaq niyyətindədir.

Offsideplus.az xəbər verir ki, “Veles Sarsfild”in yarımmüdafiəçisi Tiaqo Almada Kataloniya klubunun maraq dairəsinə düşüb.

Argentina təmsilçisinin meneceri Pablo Kavalyero da təsdiqləyib: “Barselona” Almada ilə bağlı məlumat istədi. Onun hələ 19 yaşı var və inkişafa davam etməlidir. Əgər kluba və futbolçuya münasib təklif olsa, bunu dəyərləndirəcəyik”.

Transfer dəyəri 18 milyon avro olan Tiaqo Almada bu mövsüm “Veles Sarsfild”in heyətində 25 oyun keçirib, 5 qol, 2 assistlə yadda qalıb.