Misli Premyer Liqasında XIV turun qarşılaşmaları keçirilir.

Offsideplus.az xəbər verir ki, günün ilk oyununda "Araz-Naxçıvan" "Kəpəz"i qəbul edəcək.

Naxçıvan təmsilçisi son 7 oyunda cəmi 1 qələbə qazana bilib.

"Araz-Naxçıvan" bu görüşdə qələbə qazana bilməsə, Elmar Baxşıyevlə yollar ayrıla bilər.

Bu komandalar ötən həftə Azərbaycan Kubokunda da üz-üzə gəlib.

Gəncə klubu əlavə vaxtda vurduğu qolla rəqibini mübarizədən kənarlaşdırıb.

Misli Premyer Liqası, XIV tur

9 dekabr (çərşənbə axşamı)

17:00 “Araz-Naxçıvan” – “Kəpəz” 

Hakimlər: İnqilab Məmmədov, Müslüm Əliyev, Rahil Ramazanov, İslam Məmmədov

VAR: Elçin Məsiyev

AVAR: Teymur Teymurov

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Elgiz Abbasov

“Liv Bona Dea Arena”