Misli Premyer Liqasında II dövrəyə bu gün start veriləcək.
Offsideplus.az xəbər verir ki, XII turun mərkəzi matçında "Sumqayıt" "Qarabağ"ı qəbul edəcək.
Görüşə maraq böyükdür. Mehdi Hüseynzadə adına stadionda anşlaq olacağı gözlənilir.
"Sumqayıt" cari mövsüm Premyer Liqada "Qarabağ"ı məğlub edən yeganə komandadır.
Bu oyun eyni zamanda Ağdam təmsilçisinin "Napoli" ilə oyun öncəsi son sınağıdır.
"Qarabağ" 23 xalla lider, "Sumqayıt" isə 20 xalla beşinci yerdədir.
Misli Premyer Liqası, II tur
21 noyabr (cümə)
19:00. "Sumqayıt" - "Qarabağ"
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kərim Zeynalov, Kamran Əliyev.
VAR: Kamal Umudlu.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu



