Misli Premyer Liqasında ilk dövrənin son turunun oyunları keçirilir.
Offsideplus.az xəbər verir ki, günün ilk matçında "Araz-Naxçıvan" "Karvan-Yevlax"la üz-üzə gəlib.
"Karvan-Yevlax" fasiləyə üstün yollanıb. Yeganə qolun müəllifi Araz Abdullayev olub.
Naxçıvan təmsilçisi oyunda geri dönüş etməyi bacarıb. Hamidu Keyta və Felipe Santosun qolları onlara qələbə gətirib/
"Araz-Naxçıvan" xalını 19 edib və 5-ci yerə yüksəlib. Yevlax klubu sə 5 xalla 11-cidir.
Misli Premyer Liqası, XI tur
8 noyabr (şənbə)
15:44. “Araz-Naxçıvan” - “Karvan-Yevlax” 2:1 (ikinci hissə)
Qol: Hamidu Keyta, 66, Felipe Santos, 90+2 (penalti) - Araz Abdullayev, 17
“Araz-Naxçıvan”: 94. Tərlan Əhmədli, 2. Qara Qarayev (k), 26. Ömər Buludov, 6. Patrik Andrade, 29. Vanderson Melo, 17. İssuf Paro, 10. Felipe Santos, 11. Ba-Muaka Simakala, 77. Bruno Franko, 70. Şarl Boli, 19. Bar Kohen
Baş məşqçi: Elmar Baxşıyev
“Karvan-Yevlax”: 1. Kamran İbrahimov, 7. Araz Abdullayev (k), 32. Elvin Yunuszadə, 6. Vadim Abdullayev, 33. Eltun Turabov, 13. Vüsal Məsimov, 2. Şakil Sno, 11. Kayl Spens, 19. Tompson Qavi, 10. Samuel Durrant, 21. İmani Barker
Baş məşqçi: Azər Həşimov
Hakimlər: Nicat İsmayıllı, Vüsal Məmmədov, Kərim Zeynalov, Kamran Əliyev
VAR: Əli Əliyev
AVAR: Şirmamed Mamedov
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu



