"Kəpəz"in yeni baş məşqçisi müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, Adil Şükürovdan boşalan posta Azər Bağırov gəlib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

A. Bağırov ötən mövsüm də Gəncə təmsilçisini çalışdırmışdı. O, yenə A. Şükürovu əvəz etmişdi.

41 yaşlı mütəxəssis 4 aylıq aradan sonra yenidən "Kəpəz"ə qayıdıb.