“Güclü rəqibə qarşı oynadıq, futbolçularımdan razıyam”
Offsideplus.az xəbər verir ki, "Sumqayıt"ın baş məşqçisi Saşa İliç son oyundan sonra açıqlama verib. O, qarşılaşmanın çətin keçdiyini və rəqibin güclü olduğunu bildirib:
“Çox çətin oyun keçdi. Bu gün güclü rəqibə qarşı oynadıq. Əslində belə rəqiblərə qarşı oynayanda bütün şansları maksimum dərəcədə istifadə etmək lazımdır. Futbolçularımdan razıyam. Görüləcək işlərimiz var. Növbəti oyunlara hazırlaşacağıq”.
İliç həmçinin komandanın gələcək oyunlara daha yaxşı hazırlaşacağını vurğulayıb.


