"Qarabağ"da gözlənilməz transfer gerçəkləşib.
Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi sabiq futbolçusu - Ramil Şeydayevi geri qaytarıb.
Ötən gün "Neftçi" 29 yaşlı hücumçu ilə yolların ayrıldığını açıqlamışdı.
O, "ağ-qaralar"dakı uğursuz alınan mövsümdən sonra yenidən Qurban Qurbanovun yanına qayıdır.
Ramil daha əvvəl 2017-2018 və 2021-2023-cü illərdə "Qarabağ"da forma geyinib.
O, "köhlən atlar"ın heyətində 116 oyunda 37 qol vurmağı bacarıb.
(Sportinfo)



