Ev oyunlarını sentyabr ayından etibarən Qubada keçirməyi planlaşdıran “İmişli” Quba Olimpiya İdman Kompleksi stadionunda təmir işlərinə start verib.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Stadionda artıq bir müddətdir ki, təmir və yenidənqurma işləri başlanılıb. Hazırda stadionda Peşəkar Futbol Liqasının (PFL) tələblərinə uyğun olaraq bir sıra əsaslı yeniliklər həyata keçirilir. Paltardəyişmə otaqları, o cümlədən hakimlər, AFFA nümayəndələri üçün nəzərdə tutulan otaqlar müasir standartlara uyğunlaşdırılır.

Konfrans zalı yaradılıb, media zonası hazır vəziyyətə gətirilir. O cümlədən CBC Sport-un yayım tələblərinə uyğun texniki platformalar quraşdırılır.