"Düşünürəm ki, biz 1 xala layiq idik".

Offsideplus.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Vasili Berezutski "Qarabağ"la heç-heçə etdikləri MPL-nin XXXII tur oyunundan sonra deyib. O, Ağdam təmsilçisini çempionluq münasibətilə təbrik edib: 

“Qarabağ”ı təbrik etmək istəyirəm. Yaxşı görüş oldu. Bu qarşılaşmanın əsasında müəyyən qeydlər aparmışıq. Azərbaycan Kubokuna gəlincə, bu, finaldır. Hər şey ola bilər. Biz “Qarabağ”ı favorit hesab edirik. Kubok 1 oyundan ibarətdir. Biz güclü tərəflərimizi bilirik. Çalışacağıq ki, qalib gələk".

Rusiyalı mütəxəssis avrokuboklara vəsiqə qazana bilməyəcəyi ehtimalında klubdan ayrılması ehtimalına münasibət bildirib:

"Gələcəklə bağlı bir şey deyə bilmərəm. Bu barədə sonda rəhbərliklə danışıb qərar verəcəyik".

Qeyd edək ki, "Sabah" - "Qarabağ" matçı 1:1 hesabı ilə başa çatıb.