Dünən Misli Premyer Liqasının XXVIII turu çərçivəsində keçirilən "Neftçi” - “Araz-Naxçıvan” oyunu erkən qarşılıqlı qollarla əlamətdar olub.

Offsideplus.az xəbər verir ki, ilk 7 dəqiqəyə 2 qol vurulub və oyun 1:1 hesabı ilə başa çatıb. Meydan sahiblərindən 3-cü dəqiqədə Bassala Sambu fərqləndiyi təqdirdə, cəmi 4 dəqiqə sonra İssuf Paro hesabı bərabərləşdirib.

Hər iki komandanın belə erkən qol vurması cari mövsümdə ilk dəfə yaşanıb. 

Bu oyuna qədər 2 matçda 8-ci dəqiqədə hesab bərabərləşib. 2024-cü il sentyabrın 22-də keçirilən “Səbail” – “Sabah” (2:4) qarşılaşmasında Amir Bilali 4-cü, Coy Lens Mikels 8-ci dəqiqədə fərqlənib. Oktyabrın 5-də baş tutan “Sabah” – “Araz-Naxçıvan” görüşündə (1:1) isə Pavol Safranko 5-ci, Felipe Santos 8-ci dəqiqədə qola sevinib.

Hərçənd 2024/25 mövsümündə bundan da tez qollar vurulub. Ancaq həmin qolların müəllifi eyni komanda olub. Söhbət 2024-cü il noyabrın 8-də keçirilən “Neftçi” – “Şamaxı” matçından gedir. Həmin görüşdə “ağ-qaralar” Dembo Darbonun 1-ci və Murad Məmmədovun 3-cü dəqiqədəki qolları ilə qeyri-adi uğura imza atıblar.