Misli Premyer Liqasının XXIV turunda "Səbail" səfərdə "Araz-Naxçıvan"la heç-heçə edib.
Offsideplus.az xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında "dənizçilər"in baş məşqçisi Cavid Hüseynov matç barədə fikirlərini bölüşüb:
"Oyunun ilk hissəsində dahayaxşı çıxış etdik. Qapımızda bir dəfə təhlükəli an yaşandı. Həm hücum, həm də müdafiə planında daha yaxşı idik. İkinci hissədə rəqibin irəli atılacağı məlum idi. Buna baxmayaraq, ikinci yarıda da yaxşı çıxış etdik. Bura qələbə qazanmaq üçün gəlmişdik, amma 1 xalla kifayətləndik. Nəticə qənaətbəxşdir. Oyunumuzda da inkişaf var. Bunun davamını gətirmək istəyirik".
Qeyd edək ki, "Araz-Naxçıvan" - "Səbail" oyunu 0:0 hesabla başa çatıb.