Peşəkar Futbol Liqası (PFL) elmi-texniki tərəqqinin nailiyyəti olan süni intellektə müraciət edib.
Offsideplus.az xəbər verir ki, qurumun əməkdaşları süni intellektin köməyi ilə Misli Premyer Liqasının XXIV turunun "Qarabağ" və "Sabah" arasında keçiriləcək mərkəzi görüşü barədə videoçarx hazırlayıblar.
Videoda Bakı şəhərinin, Masazır gölünün və Tofiq Bəhramov adına Respublika Stadionunun mənzərələri yer alıb. Bundan başqa, "Qarabağ"ın hücumçusu Kadi Borges at belində, "Sabah"ın futbolçusu Cesse Sekidika isə bayquşla görüntələnib. Videoda bu elementlərə diqqət verilməsi heç də təsadüfi deyil: at "Qarabağ"ın, bayquş isə "Sabah"ın rəmzidir.
View this post on Instagram