Misli Premyer Liqasında Azərbaycan derbisi baş tutub.
Offsideplus.az xəbər verir ki, "Qarabağ" səfərdə "Neftçi"yə qalib gəlib-0:1. "Köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfrnansında iştirak edib. O, bunları deyib:
"Futbolçularımı təbrik edirəm. Çox vacib qalibiyyət əldə etdilər. Əsas da azlıqda qalanda bəzən futbolçuların xarakteri üzə çıxır. Komandanın xarakteri daha çox bu cür hallarda bilinir. Uduzmaq istəmirdilər. Meydanda olan mübarizədən görünürdü. Düşünürəm ki, yaxşı oyun oldu. Azarkeşlər üçün də baxımlı matç keçdi. Hər iki komandanın azarkeşlərinə təşəkkürümü bildirirəm. Yaxşı futbol ab-havası var idi. "Neftçi"yə uğurlar arzulayıram".