Misli Premyer Liqasında qış fasiləsinə az müddət qalıb.
Offsideplus.az xəbər verir ki, çempionat iştirakçıları indidən transfer hazırlıqlarına başlayırlar. Bu məsələdə "Sabah" fəallardandır.
Masazır təmsilçisi qapı xəttini gücləndirməyi planlaşdırır. "Bayquşlar" əcnəbi qolkiper axtarışındadır. Artıq Premyer Liqa təmsilçisinin maraqlandığı ilk oyunçu da bəllidir. Söhbət Rikardo Fernandesdən gedir. Klub portuqaliyalı ilə ilkin təmasa keçib.
30 yaşlı oyunçunun keçidi ilə bağlı yekun qərarı Vitali Berezutski verəcək.
Qeyd edək ki, Rikardo bu mövsüm "Şamaxı"nın heyətində 14 matçda 18 qol buraxıb. 4 görüşdə isə qapısını toxunulmaz saxlamağı bacarıb.