Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Premyer Liqanın son turu ilə bağlı qərarlar qəbul edilib.
Offsideplus.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL)in rəsmi saytı məlumat yayıb.
Azərbaycan Premyer Liqası, 14-cü tur
"Səbail" - "Qarabağ" oyununda "Qarabağ"ın 4 futbolçusu sarı vərəqə aldığına görə Ağdam klubu 700 manat cərimə edilib. Oyunun 62-ci dəqiqəsində "Səbail"in azarkeşləri tərəfindən lazer işıqdan istifadə edildiyinə görə paytaxt klubu 500 manat cərimə edilib. Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə "Səbail" 800 manat cərimə edilib.
"Neftçi" - "Zirə" oyununun fasiləsində meydançaya kənar şəxslər daxil olduğuna görə "Neftçi" 800 manat cərimə edilib.
"Turan Tovuz" - "Sabah" oyununda "Sabah"ın 4 futbolçusu sarı vərəqə aldığına görə paytaxt klubu 700 manat cərimə edilib.
"Sumqayıt" - "Şamaxı" oyununun 78-ci dəqiqəsində "Sumqayıt"ın azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə "Sumqayıt" 800 manat cərimə edilib.