“Qarabağ” Azərbaycan çempionatlarında 150-ci böyük hesablı qələbəsini əldə edib.

Offsideplus.az xəbər verir ki, yubiley Misli Premyer Liqasının 11-ci turuna təsadüf edib.

Ağdam klubu öz meydanında “Şamaxı”nı 3:0 hesabı ilə məğlub edib.

Xatırladaq ki, ağdamlıların ilk belə qalibiyyəti 1992-ci il mövsümünə təsadüf edib. “Qarabağ” mayın 6-da evdə Kürdəmir “Şirvan”ına 6:0 hesabı ilə qalib gəlib.