“Oyun bizim üçün həyəcanlı başladı”.
Offsideplus.az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov mətbuat konfransında deyib.
Mütəxəssis Misli Premyer Liqasının XXVII turunda "Sabah"a qarşı keçirdikləri matçla bağlı fikirlərini bölüşüb: “İlk qol məyusedici idi. Lakin bundan sonra komanda hücumda fəallaşdı. Nəticədə 2 qol vurduq. Bundan sonra da komanda əzmkarlıq göstərdi. Son 10 dəqiqədə isə rəqib böyük qüvvə ilə irəli getdi, ancaq həmin dəqiqələrdə müdafiəmiz etibarlı oynadı. “Sabah”a qarşı qazanılan hər bir xal dəyərlidir, ona görə də 1 xal üçün çox sevinirik”.
Qeyd edək ki, "Bayquşlar"ın heyətində Coy-Lens Mikels (16) və İqor Noqeyra (51) fərqləniblər. Qonaq komandada isə Ruan Renato (32-p) və Eren Aydın (40) diqqət mərkəzinə düşüblər.


