AFFA-nın təşkilatçılığı ilə keçirilən Gənclər Liqasında II mərhələnin iki turu təxirə salınıb.
Offsideplus.az xəbər verir ki, 18-19 və 25-26 aprel tarixlərində keçirilməli olan IV və V turlar qeyri-müəyyən müddətə ertələnib.
Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Buna Azərbaycanın U-20 millisinin aprelin 13-26-sı aralığında Qəbələdə təlim-məşq toplanışı keçirməsi səbəb olub.


