Tofiq Musayevin martın 29-da ABŞ-də keçirilən UFC Döyüş Gecəsində İqnasio Bahamondesə qarşı döyüşü zamanı Azərbaycanın ABŞ-dəki səfirliyi iştirak etməyib.
Offsideplus.az xəbər verir ki, bunu döyüşçü Sağlam Radio 93FM-də yayımlanan "Offside" verilişində açıqlayıb:
"Azərbaycanlıların hərəsi bir ştatdan gəlmişdi, bəziləri Sietl şəhərində yaşayanlar idi. Baxmayaraq ki, səfirlikdən kimsə yox idi... Səfirlik belə şeylərdə diqqətli olsa, yaxşı olardı. Orada Tofiq yox, Azərbaycan bayrağından söhbət gedir. Onların orada olmağı mütləq idi. Dost, tanışlarım yığışmışdı. Sözün düzünü deyəndə bir az xoş gəlmir. Orada mənə dəstək olan dostlarımıza təşəkkür edirəm. Azərbaycan bayrağını orada görüb, səslərini eşitmək, o qədər kütlənin içində 50 nəfərin olması bizim üçün qürurverici hissdir. 50 yox, 50 000 nəfər olmağımız daha maraqlı olar. Bayrağımızın dalğalanması insana ayrı motivasiya verir".
Geniş verilişi izləyə bilərsiniz:


