Misli Premyer Liqasının XXVII turunda “Şamaxı” – “Qarabağ” oyunu qolsuz heç-heçə ilə başa çatıb.
Offsideplus.az xəbər verir ki, Şamaxı təmsilçisinin baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında qarşılaşma barədə fikirlərini bildirib:
"Azarkeşlərə təşəkkür edirəm. Bilirdik ki, "Qarabağ" hər oyuna final kimi yanaşır. Çempionatın sonudur, hər matç gərgin keçir. Futbolçularıma təşəkkür edirəm. Sona qədər vuruşdular. Bilirdik ki, rəqib son dəqiqələrdə üstümüzə gəldi. Amma dözə bildik. Bizim üçün hər xal vacibdir. İstəyim odur ki, çempionatın sonuna qədər oyunlara yanaşmamız bu cür olsun. Növəbti turda səfərdə "karvan-Yevlax"la çətin matçımız var. Həmin görüşə hazırlaşacağıq".


