"Araz-Naxçıvan" Misli Premyer Liqasının XXVII turunda "Neftçi"yə 1:2 hesabı ilə məğlub olub.

Offsideplus.az xəbər verir ki, görüşdən sonra Naxçıvan təmsilçisinin məşqçisi Vadar Nuriyev oyunla bağlı fikirlərini bildirib:

"Oyuna yaxşı hazırlaşmışdıq. Bizim üçün final oyunu idi. İlk hissəni "Neftçi" daha yaxşı oymadı. Fasilədən sonra dəyişiklər etdik, qol da vurduq. Komandadan razı qaldıq. "Neftçi"ni təbrik edirik".

O, avrokuboklar üçün hələ şanslarının davam etdiyini düşünür:

"Qarşıda oyunlar var. Tam demək olmaz ki, avrokuboklar uğrunda mübarizə bizim üçün bitib. Hələ qarşıda oyunlar var. Çata bilərik".

V. Nuriyev zədəli oyunçuların olmağının performanslarına təsir etdiyini də bildirib:

"Cinah oyunçularımız öz movqelərində oynamırdı. Ona görə də rəqibə bu qədər vəziyyət verdik.

Zədəli oyunçularımız var. Bruno çoxdandır oynamır. O, olsa idi, belə olmazdı".