Neymar DÇ-2026 üçün Braziliya millisinə dəvət ala bilər. 

Offsideplus.az xəbər verir ki, baş məşqçi Karlo Ançelotti "sambaçı"nı yaxından izləyir. Neymar yaxşı çıxışına davam etsə, o zaman yığmaya çağırılacaq. 

Karlo Ançelotti: "Neymar doğru yoldadır. O bu yolla davam etməli və yaxşılaşmalıdır. 100% formada qayıda bilər. Bir neçə dəfə demişəm, bu, gün kimi aydındır: Fiziki olaraq hazır oyunçuları milliyə çağıracaq. Dizindən zədə alandan sonra Neymar yaşıl meydanlara yaxşı dönüb və qollar vurur". 

Qeyd edək ki, DÇ-2026 üç ölkədə təşkil olunacaq: ABŞ, Meksika və Kanada. Turnir iyunun 11-dən iyulun 19-na qədər davam edəcək.