“Sabah”ın üzvü Namik Ələskərov klubun akademiyasının U-14 və U-15 komandalarının futbolçuları ilə görüşüb.

Offsideplus.az xəbər verir ki, yarımmüdafiəçi yeniyetmə oyunçularla söhbət edib, öz məsləhətlərini verib, onların suallarını cavablandırıb.

Görüşdə akademiyanın aşağı yaş qrupları üzrə koordinatoru Təbriz Həsənov, həmçinin U-14 və U-15 komandalarının baş məşqçiləri İlqar Mənsimov və Şahin Zeynalov da iştirak ediblər.