"Turan Tovuz" Azərbaycan çempionatları tarixində ilk dəfə səfərdə 4 qol vurmağa nail olub. 

Offsideplus.az bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən məlumat verir.

Bu, Premyer Liqanın 10-cu turu çərçivəsində "Sumqayıt"la səfər matçında qeydə alınıb.

Kurban Berdiyevin komandası rəqib meydanında 4:2 hesabı ilə qalib gəlib.