Bu gün Misli Premyer Liqasında 10-cu tura yekun vurulub.

Offsideplus.az xəbər verir ki, son gündə 2 oyun baş tutub.

“Zirə” “Sabah”la 1:1 hesabla heç-heçə edib. “Sumqayıt” isə “Turan Tovuz”u qəbul edib və 2:4 hesabla evdə uduzub.

Turun daha öncə keçirilmiş oyunlarında “Kəpəz” “Qarabağ”a (0:5), “Şamaxı” “Araz-Naxçıvan”a (0:1) uduzub, “Neftçi” “Səbail”ə (3:1) qalib gəlib.

Misli Premyer Liqası

10-cu tur

20 oktyabr

"Zirə” – “Sabah” 1:1

Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Zöhrab Abbasov, Əli Əliyev.

Zirə Olimpiya İdman Kompleksi. 17:30.

“Sumqayıt” – “Turan Tovuz” 2:4

Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Rauf Allahverdiyev.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. 20:00.