“Qalatasaray”, “Beşiktaş”, “Fənərbağça”nın qapıçıları bu mövsüm göstərdikləri performansla diqqət çəkir.

Offsideplus.az qolkiperlərin statistikasını təqdim edir. 

"Qalatasaray"ın qapıçısı Fernando Muslera cari mövsüm 12 rəsmi matça çıxıb. Uruqvaylı çərçivə qoruyucusu bu görüşlərdə 15 qol buraxdığı halda, 4 matçda qapısını toxunulmaz saxlayıb. 

"Beşiktaş"ın təcrübəli qapıçısı Mert Günok bu mövsüm 12 matçda meydanda şans alıb. Qolkiper bu görüşlərdə 13 qolun qarşısını ala bilməyib və 5 matçda qol buraxmayıb.

Ötən mövsüm "Fənərbağça"dakı çıxışına görə tənqid olunan Dominik Livakoviç hazırkı mövsümdə 14 rəsmi matçda 16 qol buraxıb və 5 matçda qapısını səssiz saxlayıb.