Simone İnzaqi kimin "Qızıl top"a layiq olması ilə bağlı verilən suallara fikir bildirib.

Offsideplus.az "Sky Sport Italia"ya istinadən xəbər verir ki, mütəxəssis bunları söyləyib:

"Lautaro Martines dünyanın beş futbolçusundan biridir. O, buna layiqdir. "Qızıl top"u qazanmaq üçün "İnter" və milli komanda ilə göstərdiyi performansı davam etdirməlidir".

Qeyd edək ki, 2024-cü ildə Martines "İnter"lə İtaliya A Seriyasını qazanmış və Argentina yığması ilə Amerika Kubokunu əldə etmişdir.