PFL-in rəsmi saytının klubların loqolarının yerləşdirildiyi hissəsində ötən illərdə ardıcıllıq son mövsümün turnir cədvəlinə uyğun düzülürdü. Lakin, cari futbol ilindən etibarən sıralama artıq əlifba sırası ilə yerləşdirilir. 

Bunun səbəbi nədir? Niyə belə dəyişiklik edilib?

PFL-in media və marketinq direktoru Sənan Abdullayev Offsideplus.az-a açıqlamasında məsələyə aydınlıq gətirdi:

"Yeni saytı ən yaxın zamanda təqdim edəcəyik. Portalın texniki parametrləri yükləndiyinə görə indiki vəziyyətdə belə təqdim etmək olur. Xüsusi bir səbəbi yoxdur. Sadəcə, funksionallıq imkan verdiyinə görə belə bir addım atıldı".