Misli Premyer Liqasının II turunda "Qarabağ" "Kəpəz"i 3:0 hesabı ilə məğlub etdi.

Offsideplus.az xəbər verir ki, oyundan sonra qonaqların çalışdırıcısı Adil Şükürov mətbuat konfransında iştirak etdi.

Mütəxəssis qələbə haqda bunları söylədi:

"Yeni qurulan komandayıq. Formalaşmağa çalışırıq. Buna görə vaxt lazımdır. Belə nəticələrin olması təbiidir. Əlimizdən gələni edirik ki, oyunumuzu təkmilləşdirək. Heç olmasa, ötən ilki kimi mübariz komanda formalaşdırmaq istəyirik".