Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. 

Offsideplus.az xəbər verir ki, qurum Misli Premyer Liqasının I turunun "Araz-Naxçıvan" - "Qarabağ" matçı ilə bağlı aşağıdakı qərarları qəbul edib:

* Oyun bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Araz-Naxçıvan” klubu 800 manat cərimə edilir (maddə 51.2)

* Qarşılaşma başa çatdıqdan sonra futbolçular avtobusa rahat daxil ola bilmədiklərinə görə “Araz-Naxçıvan” klubu 500 manat cərimə edilir (maddə 51.4);

* Görüşün 78-ci dəqiqəsində “Qarabağ” klubunun 44 nömrəli futbolçusu Elvin Cəfərquliyev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Qarabağ” klubu 500 manat cərimə edilir (maddə 36.5);