"Sumqayıt" heyətini yeni futbolçu ilə gücləndirib.

Offsideplus.az klubun mətbuat xidmətinı istinadən xəbər verir ki, "kimyaçılar" son mövsümü Albaniya “Eqnatiya”sında keçirmiş Fernando Medeiros ilə 2+1 illik müqavilə imzalayıb. 

28 yaşlı futbolçu 11 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Braziliyanın “Santos” klubunun yetirməsi olan Fernando Medeiros karyerası boyunca “Botafoqo”, “Vila Nova”, “Bahia”, “Portimonense”, “Eqnatiya” kimi klubların şərəfini qoruyub.