“Şamaxı” klubu yeni transferinin adına aydınlıq gətirib.
Offsideplus.az xəbər verir ki, bölgə təmsilçisi gürcüstanlı müdafiəyəmeyilli yarımmüdafiəçi Georgi Kantariyanı heyətinə qatıb.
27 yaşlı futbolçu ilə bir illik müqavilə imzalanıb. Son klubu Livanın “Nejmeh” klubu olan Kantariya 2022-23 mövsümündə "Kəpəz"də çıxış edib.