"Qarabağ" qapıçısı Andrey Lunyovla yollarını ayırıb. 

Offsideplus.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 33 yaşlı rusiyalı qolkiperlə başa çatan müqavilə uzadılmayıb.

2023-cü ilin yayından "Qarabağ"da çıxış edən Lunyov bu müddətdə 34 matça çıxıb. O, Premyer Liqada 19, kubokda 5, avrokuboklarda 10 oyun keçirib. Andrey “Qarabağ”la Azərbaycan çempionu və kubokunun qalibi olub.