Mahir Emreli Azərbaycana qayıda bilər.

Redaksiyamıza millimizin üzvü ilə bağlı informasiya daxil olub. Sən demə, hücumçu 2 klubla danışıq aparır. Mahirlə maraqlananlardan biri "Sabah"dır. Görəsən, Masazır təmsilçisi hücumçunu heyətinə qatmaq niyyətindədir?

Məlumatı dəqiqləşdirmək üçün "Sabah"ın mətbuat katibi Elnur Həmidova üz tutduq. Klub rəsmisi Offsideplus.az-a açıqlamasında informasiyanı nə təsdiq, nə də təkzib etdi:

"Hazırda transfer çalışmalarımız davam edir. Əlimizdə geniş siyahı var. Bura hansı futbolçuların daxil olması barədə məlumat verə bilmərik. Hansısa keçid rəsmiləşsə, bu barədə rəsmi səhifələrimiz vasitəsilə ictimaiyyətə ətraflı məlumat veriləcək".