Misli Premyer Liqasında “Qarabağ” və “Sabah” komandaları arasında keçiriləcək XXII tur oyununa satılan biletlərin sayı açıqlanıb.

Offsideplus.az Ağdam təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, oyuna 9500 bilet satılıb.

Biletlər məhdud sayda qalıb. Matç martın 1-də saat 19:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Qeyd edək ki, bundan öncə Misli Premyer Liqasında XII tura təsadüf edən “Sumqayıt” – “Qarabağ” qarşılaşması (2:4) mövsümün ən çox tamaşaçı toplayan görüşü olub. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən matçda 9100 izləyici qeydə alınıb.