"Qarabağ" klubu "Nyukasl" ilə matçda zədələnən Bəhlul Mustafazadə haqqında açıqlama yayıb.
Offsideplus.az xəbər verir ki, onun sol budunun adduktor əzələlərində və qasıq nahiyəsində zədə müəyyən edilib.
Klubun tibbi heyəti 28 yaşlı müdafiəçiyə cərrahi müdaxilənin mümkünlüyünü dəyərləndirir.
Bəhlulun təxminən 10-12 həftə meydanlardan uzaq qalacağı gözlənilir.



