“Sabah” yarımmüdafiəçi Anatoli Nuriyevlə yollarını ayırıb.
Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Nuriyev 2022-ci ildən “Sabah”ın uğurları üçün çalışırdı. O, komandanın heyətində 118 oyun keçirib, 12 qola imza atıb, Azərbaycan Premyer Liqasının gümüş və bürünc medallarını qazanıb, həmçinin Azərbaycan Kubokunun qalibi olub.



