Misli Premyer Liqasında XIX turun matçları keçirilir.
Offsideplus.az xəbər verir ki, bu gün daha iki qarşılaşma oynanılacaq.
Günün ilk oyunda "İmişli" Qubada "Kəpəz"i qəbul edəcək.
Tərəflər arasındakı ilk dövrədəki oyun Jorj Kaşkilyanın komandasının qələbəsi ilə başa çatmışdı - 3:0.
"İmişli" 18 xalla 9-cu, "Kəpəz" isə 12 xalla 11-ci yerdədir.
Misli Premyer Liqası, XIX tur
9 fevral (bazar ertəsi)
14:30. "İmişli" - "Kəpəz"
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov
VAR: Elçin Məsiyev
AVAR: Elşad Abdullayev
Quba OİK stadionu



