"Araz-Naxçıvan"ın hücumçusu Ramon Maçado Azərbaycan çempionatlarında 20 qola çatan 11-ci braziliyalı futbolçu olub.

Offsideplus.az xəbər verir ki, o, 20-ci qolunu "İmişli" ilə səfər matçında vurub.

Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Qoleador braziliyalıların siyahısına Reynaldo başçılıq edir:

1. Reynaldo Silva - 44

2. Junivan Suares - 40

3. Junior Nildo - 37

4. Flavinyo - 31

5. Rafael Utziq - 26

6-8. Dodo - 23

Olavio Juninyo - 23

Kadi Borqes – 23

9. Mario Souza - 22

10. Felipe Santos - 21

11. Ramon Maçado - 20

Qeyd edək ki, Azərbaycan vətəndaşlığı olan braziliyalı Riçard Almeyda daha çox – 51 qola imza atıb.