Andrey Demçenko "Araz-Naxçıvan"ın tarixində ilk əcnəbi mütəxəssis olub.
Offsideplus.az xəbər verir ki, onun debütü "İmişli" ilə oyuna təsadüf edib - 2:2.
O, cari mövsüm debüt edən 5-ci əcnəbidir - Jorj Kaşkilya ("İmişli"), Saşa İliç ("Sumqayıt"), Valdas Dambrauskas ("Sabah") və Yuri Vernidub ("Neftçi").
Qeyd edək ki, A. Demçenkonun debütü ilə Azərbaycan çempionatlarının yüksək liqasında çalışmış əcnəbi mütəxəssislərin sayı 70-ə çatıb. O, Premyer Liqa tarixində 11-ci ukraynalı baş məşqçidir.


