Lider "Sabah" Misli Premyer Liqasında XVII turunda bu gün "Karvan-Yevlax"ı qəbul edəcək.
Offsideplus.az xəbər verir ki, "bayquşlar" "Qarabağ"ın xal itkisindən yararlanaraq aradakı xal fərqini artırmaq istəyir.
Sonuncu pillədə yer alan Yevlax təmsilçisi isə xalını artırmaq istəyir.
Görüş saat 18:30-da başlayacaq.
Onların arasındakı ilk oyunda "Sabah" 2:0 hesablı qələbə qazanmışdı.
Misli Premyer Liqası, XVII tur
25 yanvar (bazar)
18:30 “Sabah” – “Karvan-Yevlax”
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Müslüm Əliyev, Tural Qurbanov
VAR: Əli Əliyev
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
“Bank Respublika Arena”


