"Sabah"dan ayrılan Boyan Letiç sosial şəbəkə hesabında sabiq klubuna vida paylaşımı edib.
Offsideplus.az xəbər verir ki, bosniya herseqovinalı futbolçu kluba hər şeyə görə təşəkkürünü bildirib:
"Yollarımız ayrılsa da, "Sabah"ın mənim qəlbimdə hər zaman xüsusi yeri olacaq. Buradan başıuca ayrılıram və sizə böyük nailiyyətlər arzulayıram.
Mənə güvəndikləri üçün rəhbərliyə, göstərdikləri dəstəyə görə məşqçilər heyətinə və çiyin-çiyinə mübarizə apardığımız hər bir komanda yoldaşıma təşəkkür edirəm. Amma hər şeydən öncə, azarkeşlərə minnətdaram: sizin qeyd-şərtsiz dəstəyiniz hər oyunda mənim əsas güc mənbəyim olub. Sizin səmimiyyətinizi heç vaxt unutmayacağam. "Sabah" və Bakı hər zaman mənim evim olacaq".



